BAKI, 20 yanvar — Sputnik. Rusiya və Serbiya "Pansir-S1" hava hücumundan müdafiə sisteminin bir batareyasının tədarükü üçün müqavilə bağlayıblar. Müqavilənin icrası artıq başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə hərbi-texniki əməkdaşlıq sahəsinə yaxın olan mənbə bildirib.
Bir batareyaya altı ədəd "Pantsir-S1" kompleksi daxildir.
"Müqavilə keçən il bir batareyanın alınması üçün bağlanılıb. Onun icrası başlayıb və 2020-ci ildə tamamlanacaq", - mənbə deyib.
Serbiya Avropada Rusiya silahlarının və hərbi texnikasının ən böyük idxalçısıdır. Bundan əvvəl Belqrad Rusiyadan yeddi ədəd "Mi-17" və "Mi-35" helikopterini, eləcə də təmənnasız olaraq altı ədəd "MiQ-29" qırıcısını və 10 ədəd "BRDM-2MS" zirehli daşıyıcısını əldə edib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alıb.