SputnikPRO layihəsinin Bakıda növbəti modulu çərçivəsində "Rossiya seqodnya" BİA-nın İnfoqrafika studiyasının aparıcı redaktoru Mariya Potaşova və studiyanın aparıcı bədii illüstratoru Natalya Terexova azərbaycanlı jurnalistlərlə öz təcrübələrini bölüşüblər.
Bu dəfə ustad dərsi “Yadda qalacaq infoqrafika: məhdud resurslar şəraitində layihələri necə etməli” mövzusuna həsr edilib.
Hər iki rusiyalı media menecer auditoriyadan razı qalıb və bu cür marağı gözləmədiklərini etiraf edib.
“Biz, təbii ki, bilirdik ki, bu xüsusilə kiçik redaksiyalar üçün olduqca aktual mövzudur. Amma bu dəfə auditoriya dərhal müzakirələrə qoşuldu. Yəqin ki, bəzən auditoriyanın daha kiçik, amma daha fəal olması yaxşıdır”, - deyə mütəxəssislər bizimlə bölüşüblər.
Qeyd edək ki, SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Çində, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.