BAKI, 16 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkənin yeni Baş Naziri Mixail Mişustini RF Təhlükəsizlik Şurasına daxil edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə sərəncam Kremlin saytında dərc olunub.
Sərəncamda göstərilir ki, M.Mişustinin Təhlükəsizlik Şurasında üzvlüyü daimi olacaq. Həmçinin əlavə olunur ki, sənəd imzalandığı gündən qüvvəyə minir.
Bu gün V.Putin M.Mişustinin Baş Nazir vəzilfəsinə təsdiqlənməsi barədə Sərəncam imzalayıb. Əvvəlki Baş Nazir Dmitri Medvedev isə Putinin əmrilə yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin köməkçisi vəzifəsinə təyin olunub.