Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Medvedev istefa verdiyi gün büdcədən 127 milyard xərcləyib

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПредседатель правительства РФ Дмитрий Медведев
Председатель правительства РФ Дмитрий Медведев - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Dumanın təsdiqi və Putinin imzası ilə Rusiyanın yeni Baş Naziri Mixail Mişustin təyin olunub. Dmitri Medvedev isə Putinin əmrilə yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin köməkçisi vəzifəsinə təyin olunub

BAKI, 16 yanvar — Sputnik. Dmitri Medvedev Rusiya Baş Naziri vəzifəsindən istefa verməmişdən az əvvəl "Lider" atom buzqıran gəmisinin tikilməsi üçün büdcədən 127 milyard rubl ayrılması barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə hüquq məlumatları üzrə rəsmi internet portalda qeyd olunub.

Sifarişi yerinə yetirmək "Zvezda" zavoduna həvalə olunub. Dünyanın ən güclü buzqıranı olacaq gəminin 2027-ci ildə təhvil verilməsi planlaşdırılır. O, Şimal dəniz yolunda il boyu naviqasiyanı təmin edəcək.

Dmitri Medvedev Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətindən sonra hökumətin istefaya getdiyini bildirib.

Bu gün Dumanın təsdiqi və Putinin imzası ilə Rusiyanın yeni Baş Naziri Mixail Mişustin təyin olunub. Dmitri Medvedev isə Putinin əmrilə yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin köməkçisi vəzifəsinə təyin olunub.

Xəbər lenti
0