BAKI, 15 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini Baş Nazir postuna irəli sürüb. Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Prezident Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və ona hökumət başçısı postunu tutmağı təklif edib. Onun razılığını alandan sonra Mişustinin namizədliyini nəzərdən keçirmək üçün Dövlət Dumasına müraciət edib” – deyə məlumatda bildirilir.
Xatırladaq ki, bundan əvvəl Baş Nazir Dmitri Medvedev Prezident Putinlə görüşdə hökumətin ta tərkibdə istefaya getdiyini açıqlayıb. Bu, Putinin Federal Məclisə müraciətindən sonra baş verib. Prezident həmin müraciətdə Konstitusiyaya bir sıra fundamental dəyişikliklər etməyi təklif edib.