Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Matviyenko: "Putin cəsarətlə səlahiyyətlərinin bir hissəsini parlamentlə bölüşdü"

© Sputnik / Murad OrujovПредседатель Совета Федерации РФ Валентина Матвиенко
Председатель Совета Федерации РФ Валентина Матвиенко - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, sabit bir siyasi vəziyyətin olduğuna və prezidentin səlahiyyətlərinin bir hissəsini parlamentə verməkdən narahat olmadığına dair cəmiyyət üçün yaxşı bir siqnaldır", - Matviyenko bildirib.

BAKI, 15 yanvar — Sputnik. Federal Məclisə müraciətində Rusiya Prezidenti Vladimir Putin cəsarətlə səlahiyyətlərinin bir hissəsini parlamentlə bölüşdü və bu da ölkədə sabit siyasi vəziyyət barədə cəmiyyətə yaxşı bir siqnaldır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko "Rossiya 1" telekanalının efirində deyib.

Президент РФ Владимир Путин и председатель правительства РФ Дмитрий Медведев, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya hökuməti istefaya gedir

"Bu gün yaxşı xəbərlər günüdür. Prezident öz səlahiyyətlərinin bir hissəsini cəsarətlə parlamentlə bölüşüb. Bu, sabit bir siyasi vəziyyətin olduğuna və prezidentin səlahiyyətlərinin bir hissəsini parlamentə verməkdən narahat olmadığına dair cəmiyyət üçün yaxşı bir siqnaldır", - Matviyenko bildirib.

Senator vurğulayıb ki, dövlət başçısının təşəbbüsü Rusiya Federasiyasında parlamentin rolunu artırır.

Federal Məclisə müraciətində Vladimir Putin həmçinin Dövlət Dumasını Rusiya Federasiyası hökumətinin təsdiqlənməsində, Federasiya Şurasını isə güc nazirliklərinin rəhbərlərinin, habelə regional prokurorların təyin olunmasında iştirak etməyə dəvət edib.

Putin həmçinin qeyd edib ki, Rusiya Federasiyası Konstitusiyası beynəlxalq qanunvericilikdən üstün tutulmalı, hökumət üzvləri, millət vəkilləri və subyekt rəhbərləri xarici vətəndaşlığa sahib olmamalıdırlar. Rusiya prezidentliyinə namizəd ən azı 25 il ölkə ərazisində yaşamalı və heç vaxt xarici vətəndaşlığı olmamalıdır. 

"Türk axını"nın açılışı Rusiya üçün sadə bir uğur deyil – ekspert

Məşhur rejissor Nikita Mixalkovun fikrincə, Rusiya Prezidenti Vladimir Putinin məsuliyyətin Dövlət Duması, Federasiya Şurası, hökumət və Rusiya Federasiyasının subyektləri arasında yenidən bölüşdürülməsi ilə bağlı təkliflərini inqilabidir.

Rejissor həmçinin Putinin Rusiya prezidentliyinə namizədlərin, federal orqanların rəhbərlərinin və hakimlərin ikili vətəndaşlığa sahib olmamaları barədə fikirləri ilə də razılaşıb.

Xəbər lenti
0