Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 14 yanvar — Sputnik. Pakistanın mövqeyində heç bir dəyişiklik olmayıb və ölkə Ermənistanı tanımır. Bu barədə Sputnik Azərbaycan-a Pakistanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
"2020-ci il yanvarın 10-u Azərbaycan KİV-ində səhvən Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmaq imkanını nəzərdən keçirdiyinə dair məlumatlar yayılıb. Səfirlik bildirir ki, Pakistanın Ermənistanın tanınmasına dair mövqeyində heç bir dəyişiklik olmayıb. Səfirlik məsələ ilə bağlı yayılan məlumatları təkzib edir", - deyə Pakistan səfirliyinin yaydığı məlumatda vurğulanır.