Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvadan sərt reaksiya: Yaxın Şərqdə nüvə müharibəsi başlaya bilər

© AP Photo / Mehr News Agency / Majid AsgaripourВоеннослужащие иранской армии во время учений
Военнослужащие иранской армии во время учений - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib

BAKI, 8 yanvar — Sputnik. Birləşmiş Ştatların və İranın qarşılıqlı zərbələri nüvə müharibəsinin başlamasına səbəb ola bilər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədrinin müavini Vladimir Cabarov bildirib.

Onun sözlərinə görə, İran və ABŞ bazalarına endiriləcək raket zərbələri "regionda genişmiqyaslı müharibəyə" gətirib çıxara bilər: "Əgər Vaşinqton anlasa ki, hədəflərinə çata bilmir, onda nüvə müharibəsinin başlama riski var".

Bundan əlavə, senator hesab edir ki, İranın Amerika bazalarına zərbələri nəticəsində itkilərini qiymətləndirmək lazımdır: "Əgər zərər ciddidirsə, ABŞ buna cavab verməyə bilməz".

Onun fikrincə, Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq lazımdır.

Qeyd edək ki, daha əvvəl İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb.

Xəbər lenti
0