Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Yeni illə bağlı on maraqlı fakt

Abunə olmaq
Yeni il və yolka ilə bağlı maraqlı tarixi faktlarla Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiz

Yolkanı bəzəmək adəti yüz illər bundan əvvəl də mövcud olub. O zaman yolkanı alma, peçenye, qənd və kağızdan düzəldilmiş qızılgüllərlə bəzəyirlərmiş.

Qədim Babildə Yeni ili yazda qeyd ediblər. Bayram vaxtı çar öz əyan-əşrəfi ilə birlikdə şəhəri tərk edirmiş ki, sakinlər azad şəkildə gəzə və şənlənə bilsinlər.

Yolka bəzəmək üçün ilk oyuncaq şüşə kürəciklər 16-cı əsrdə Saksoniyada hazırlanıb.

İlk Yeni il açıqcasını ingilislər 1843-cü ildə çap ediblər və bundan sonra bir-birini açıqca ilə təbrik etmək adət halını alıb.

Avstraliya Santa Klausu Yeni ilin istisində adamlar arasında çimərlik geyimində, özü də maral üstündə deyil, sörfinq lövhəsində peyda olur.

İlk dəfə 1895-ci ildə rəngli elektrik lampaları ilə Ağ Evin yanındakı yolkanı bəzəyiblər.

Cənub ölkələrində soyuğun, qarın, şaxtanın nə olduğunu bilmədikləri üçün onların Yeni il personajları da başqadır. Məsələn, Kambocada yeni ilin baş qəhrəmanı İsti Babadır.

Fransızların Santası Per Noel adətən eşşəklə gəzir və hədiyyəni də başmağın içinə qoyur.

Yolka ağaclarının satışına görə dünyada Danimarka rekordçudur.

Cənub yarımkürəsində Yeni ili yayın qızmar istisində qeyd edir, yolka əvəzinə evkaliptləri bəzəyirlər.

Yeni il və yolka ilə bağlı maraqlı tarixi faktlarla Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiz.

Xəbər lenti
0