BAKI, 2 yanvar — Sputnik. Ermənistan silahlı qüvvələri tərəfindən qəsb edilmiş Azərbaycan ərazisində işğalçı ordunun əsgəri ölüb.
Bu barədə Sputnik Ermənistan xəbər verir.
Hadisə yanvarın 1-də saat 11:30-da baş verib. Ermənistan ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Artyom Kazaryan vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.
Hərbi qulluqçunun ölümü ilə bağlı istintaq aparılır. Digər detallar açıqlanmır.