Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yeni ilin nəhəng rəmzini... təzəkdən hazırladı

© AP Photo / Francois Mori Скульптура «Крыса любви» на выставке в Париже
 Скульптура «Крыса любви» на выставке в Париже - Sputnik Azərbaycan
Abunə olmaq
İki metrə yaxın hündürlüyü olan heykələ təxminən üç ton təzək sərf olunub. İşlər bir aya başa gəlib.

BAKI, 31 dekabr — Sputnik. Yakutiyadan olan heykəltaraş Mixail Bopposov Yeni ilin rəmzi olan siçanın təzəkdən böyük bir heykəlini yapıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, heykəl Uolba kəndinin əsas küçəsində yerləşdirilib. Fondakı divarda qabarıq rəqəmlərlə "2020" yazılıb, qarşısında isə iki kürsü var. Onların biri boşdur, digərində isə əynində kürk olan siçovul oturub.

​"Biz tərəfdən Oymyakona xeyli turist keçib gedir. Onlar yolüstü dayanaraq mənim heykəllərimlə şəkil çəkdirirlər. Ona görə də bu il fotozona hazırladım, buradakı kürsüdə oturub siçovulla şəkil çəkdirmək olar", - Bopposov deyib.

İki metrə yaxın hündürlüyü olan heykələ təxminən üç ton təzək sərf olunub. İşlər bir aya başa gəlib.

"Mənim on baş heyvanım var, hər gün xizəklə bir az təzək gətirmişəm. Təxminən günə 4 reys, hər dəfə də 25 kq. Yəni günə 100 kq material daşımışam", - usta  bildirib.

​Bopposov hər qış təzəkdən heykəllər yapır. Onun personajları daha çox Şərq təqviminin heyvanlarıdır. Keçən il o, üç çoşka, bundan qabaq itlə xizək, nəhəng xoruz, keçi ailəsi, atlar və kobranın heykəllərini yapıb. 2015-ci ildə o, təzəkdən üstündə meymunlar qaçışan palmalar düzəltmişdi. Onun işləri arasında əjdaha, tank və sosial şəbəkələrin məşhur qəhrəmanı "Jdun" da olub.

Xəbər lenti
0