Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lukaşenko Rusiya neftindən imtina etdi

© Sputnik / Mikhail KlimentyevПрезидент Республики Беларусь Александр Лукашенко
Президент Республики Беларусь Александр Лукашенко - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus lideri enerji sahəsində Rusiya ilə razılıq əldə edilməyəcəyi təqdirdə Polşadan reverslə neft gətiriləcəyini və buna görə Rusiya neftini Qərbə daşıyan "Dostluq" kəmərinin iki borusunu müsadirə edə biləcəyini demişdi

BAKI, 31 dekabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın saatlarda Rusiya ilıə neft məsələləri üzrə danışıqları dayandırmağı, eləcə də yaxın günlərdə respublikaya alternativ mənbələrdən xammal tədarükünə başlamağı tapşırıb.

Sputnik Belarus-un verdiyi xəbərə görə, dekabrın 31-də Lukaşenko neft-kimya kompleksinin rəhbərliyi ilə neftin tədarükü və emalı mövzusunda müşavirə keçirib. Dövlət başçısı qeyd edib ki, iclas iştirakçılarını dekabrın 30-u və 31-də Rusiya Prezidenti Vlaadimir Putinlə baş tutan telefon danışıqlarının nəticəsində ortaya çıxan müvafiq məslələri müzakirə etmək üçün çağırıb.

Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
RUSİYA
"Forbes" "Şimal axını-2"yə qarşı sanksiyaları dəyərləndirdi

Bir müddət əvvəl Lukaşenko Rusiyanın Baş Naziri Dmitri Medvedevlə də telefonla danışmışdı. Onlar "karbohidrogen xammalın Belarusa tədarükü istiqamətində konkret işlərə" başlamaq haqda razılığa gəlmişdilər. 

Dekabrda Belarus və Rusiya 2020-ci ildə respublikaya 24 milyon ton həcmində neft tədarükü balansını imzalayıblar. Cari ildə Rusiya qazının Belarusa tədarükünün qiyməti üzrə razılaşmanın vaxtı bitir.

Lukaşenko bəyan etmişdi ki, qazın qiymətini Rusiya daxilindəki qiymətədək endirmək məqsədəuyğun olardı. 2019-cu ildə Belarus üçün qazın qiyməti sərhəddə 1 min kubmetr üçün 127 dollar müəyyənləşmişdi. Sankt-Peterburqda dekabrın 20-də V.Putinlə keçirilən görüşün nəticələri barədə danışarkən Lukaşenko demişdi ki, 2020-ci ildə Belarus Rusiyadan 22 milyard kubmetr qaz və 24-25 milyon ton neft alacaq, qiymətlər isə 2019-cu ildəkindən baha olmayacaq. 

Daha əvvəl isə Belarus lideri enerji sahəsində Rusiya ilə razılıq əldə edilməyəcəyi təqdirdə Polşadan reverslə neft gətiriləcəyini və buna görə Rusiya neftini Qərbə daşıyan "Dostluq" kəmərinin iki borusunu müsadirə edə biləcəyini demişdi.

Xəbər lenti
0