Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran üçün xoş xəbər: Rusiya silah embarqosunu uzatmayacaq

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidВоеннослужащие армии Ирана во время учений, фото из архива
Военнослужащие армии Ирана во время учений, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsdiqlənmiş embarqonun müddəti gələn ilin oktyabrında sona çatır

BAKI, 29 dekabr — Sputnik. Rusiya İrana qarşı tətbiq olunan silah embarqosunun uzadılmasında iştirak etməyəcək. Sputnik Azərbaycan qərb mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər nazirin müavini Sergey Ryabkov deyib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsdiqlənmiş embarqonun müddəti gələn ilin oktyabrında sona çatır. ABŞ artıq xəbərdarlıq edib ki, embarqonun götürülməsi halında dünyanın təhlükəsizliyinə təhdid yaranacaq.

“Biz amerikalı həmkarlarımızın dediyi kimi hərəkət etməyə hazır deyilik. Onlar gələn dəfə də başqa bir şey uyduracaqlar”, - Ryabkov deyib.

Xatırladaq ki, 2015-ci ildə imzalanmış nüvə sazişinə uyğun olaraq növbəti beş il ərzində İrana qarşı tətbiq olunan silah embarqosu aradan götürülməli idi. Lakin ABŞ sözügedən sazişdən keçən il birtərəfli şəkildə çıxıb. Həmin vaxtdan etibarən Prezident Donald Trampın administrasiyası İrana qarşı “maksimum təzyiq” siyasətini yürüdür. ABŞ Dövlət katibi Mayk Pompeo isə bu ilin əvvəlində xəbərdarlıq edib ki, İrana silah satışına icazə verilməsi halında İslam Respublikasına “dünyada yeni qarışıqlıq yaratmaq” imkanı veriləcək.

Qeyd edək ki, silah embarqosu İran tərəfindən hücum silahlarının alınmasına qadağa qoyur.

 

Xəbər lenti
0