Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin qərarı dəyişdi, xarici ölkədən olan pilotlar da...

© Sputnik / Alexei Drujinin / Mediabanka keçidПрезидент РФ Владимир Путин. Архивное фото
Президент РФ Владимир Путин. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin xarici ölkə vətəndaşları olan pilotlara eksperimental qurğularda uçuş həyata keçirməyə imkan verən qanun layihəsini imzalayıb

BAKI, 29 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin xarici ölkə vətəndaşları olan pilotlara eksperimental qurğularda uçuş həyata keçirməyə imkan verən qanun layihəsini imzalayıb. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Xarici ölkə vətəndaşları bundan sonra pilot təlimləri, nümunəvi uçuşları və ya sertifikat almaq istəyərkən eksperimental uçuş aparatlarını idarə edən heyətin tərkibində olacaq.

Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyasının hava qanunvericiliyi xarici ölkə vətəndaşlarının eksperimental təyyarə, helikopter və digər hava qurğularını idarə edən heyətin tərkibində olmasını qadağan edirdi.

Xəbər lenti
0