QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İcma rəhbəri: "Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil verilməlidir"

© © AZƏRTACXarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev
Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Onların ailə üzvləri ilə görüşü, səfərlərlə bağlı məsələlərinə biz Dilqəm və Şahbazın girovluqdan azad olunmasını və ailə üzvlərinə qovuşmasını istəyirik"

BAKI, 27 dekabr — Sputnik. "Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan tərəfinə təhvil verilməlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı Azərbaycan dövlətinin və Xarici İşlər Nazirliyinin konkret mövqeyi var: "Hamının-hamıya prinsipi tətbiq olunmalı və girovluqda saxlanılan şəxslər dəyişdirilməlidir. Bu da beynəlxalq humanitar hüququn prinsipidir. Qaldı ki, onların ailə üzvləri ilə görüşü, səfərlərlə bağlı məsələlərinə biz Dilqəm və Şahbazın girovluqdan azad olunmasını və ailə üzvlərinə qovuşmasını istəyirik. Buna görə də Ermənistanın işğalçı qoşunları onları azad etməlidir. Çünki həmin şəxsləri iradəsinin əleyhinə saxlayırlar və dədə-baba torpaqlarına getdiklərinə görə qanunsuz həbs ediblər. Əsas məsələ odur ki, Dilqəmlə Şahbaz azad olunmalıdır. Bununla bağlı Azərbaycan dövləti bütün tədbirləri həyata keçirir, biz də iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə bu məsələləri qaldırırıq".

Xəbər lenti
0