Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Emin Ağalarov İqor Krutoyla aralarında yaranmış qalmaqalın səbəbini açıqladı

© © Courtesy of Emin AgalarovНародный артист Азербайджана Эмин Агаларов
Народный артист Азербайджана Эмин Агаларов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyanın xalq artisti İqor Krutoyla aralarında yaranmış gərginliyin səbəbinə aydınlıq gətirib.

BAKI, 27 dekabr — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov sükutu pozaraq Rusiyanın xalq artisti İqor Krutoyla aralarında yaranmış gərginliyin səbəbini açıqlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Ağalarovun sözlərinə görə, münaqişəyə səbəb məşhur şəxsin verdiyi ultimatum olub. Ultimatuma görə, "Jara" Beynəlxalq Musiqi Festivalında iştirak edən şəxslərə İqor Krutoyun baş prodüseri olduğu, Soçidə keçirilən "Novaya volna" (Yeni dalğa) müsabiqəsində iştirak qadağandır.

Больница, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həyat naminə: Emin Ağalarov və Leyla Əliyeva narkoklinika açmaq qərarına gəlib

"Mən ilk dəfə "Jara" festivalını keçirəndə mənə Qriqori Leps, Filipp Kirkorov, Valeriya, Timati, Yeqor Krid, Ani Lorak və başqaları dəstək verdilər. İqor Yakovleviç bu artistlərin bəzilərinə zəng edərək xəbərdarlıq edib: "Əgər Eminin "Jara"sına getsəniz, "Novaya volna"ya dəvət gözləməyin!" Bütün bunlara baxmayaraq, artistlər "Jara"ya gəldilər. Mən isə əksinə, bütün artistlərə deyirəm: öz yaradıcılıq gecələrinizi "Jara"da da, "Slavyan bazarı"nda da, "Novaya Volna"da da, Yurmalada "Layma.Randevu"da da keçirə bilərsiz, çünki bunlar fərqli auditoriyalar, fərqli məhsullar, fərqli konsepsiyalardır", - deyə Ağalarov bildirib.

Emin Ağalarov həmçinin deyib ki, bütün bunlara baxmayaraq, o, indi də İqor Krutoya hörmətlə yanaşır və isti münasibət bəsləyir.

İqor Krutoy Rusiya və Ukraynanın xalq artisti, Lenin komsomolu mükafatı laureatıdır. 2018-ci ildən RF Prezidenti yanında Mədəniyyət və İncəsənət Şurasının üzvüdür. "ARS" prodüser firmasının ("Novaya volna", "Detskaya novaya volna", "Pesnya qoda", "Utrennyaya poçta" kimi layihələrin prodüserliyi ilə məşğuldur), Müəllif Hüququları Müstəqil Agentliyinin, Muz-TV telekanalının (25%), Love Radio, "Radio Daça" və "Taksi FM" radiostansiyalarının sahibidir.

Ağalarov World Music Awards, "Azərbaycanın ən yaxşı ifaçısı", "Qızıl qrammafon", "Muz-TV mükafatı" və digər bir sıra beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsert proqrmaları ilə çıxış edir. Müğənninin musiqi daxılında on ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi dünyanın aparıcı musiqi şirkətləri ilə sazişlər var.

Xəbər lenti
0