BAKI, 26 dekabr — Sputnik. Moskvadan Tbilisiyə gələn reys avtobusu Lipetsk vilayətində qəzaya uğrayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, sürüşkən yoldan çıxaraq kənara aşan avtobusda iki sərnişin həlak olub.
Avtobusda cəmi 19 nəfər Gürcüstan vətəndaşı varmış, onlardan ikisi sürücüdür.
Hadisədə doqquz nəfər yaralanıb. 2014-cü il təvəllüdlü bir uşaq Yelts tibb məntəqəsinə, 5 nəfər Yelts 1 saylı xəstəxanasına aparılıb, onlardan ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəza yerli vaxtla 18:40-da, "Don" M-4 yolunda, Stanovlyanski rayonunun Yarlukino yaşayış məntəqəsi yaxınlığında baş verib. Qəzanın nəticələrini aradan qaldırmaq üçün 50 nəfər və 17 texnika cəlb edilib.
Lipetsk vilayəti rəhbərliyinin məlumatına görə, avtobus fərdi sahibkara məxsusdur və Gürcüstanda qeydiyyatdan keçib.