Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Hemofiliyalı xəstələrin problemləri 2019-cu ildə necə həll edilib

© © Sputnik / Denis AbramovQan nümunələri, arxiv şəkli
Qan nümunələri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova yola salmaqda olduğumuz 2019-cu ildə Azərbaycanda hemofiliyalı xəstələrin problemlərinin necə həll olunduğundan danışacaq.

Qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliya X xromosomunda cəmi bir genin konfiqurasiyasının dəyişməsi nəticəsində yaranır. Xəstəliyin əlamətləri, demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara (hemartroz) və əzələlərə (hematoma) tez-tez qan axması nəticəsində əlil halına düşürlər. Hemofiliya hemostazın plazma həlqəsinin pozulmasından irəli gələn hemorraqik diatezlərə (koaqulopatiya) aid edilir.

Bəzi məlumatlara görə, indi dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır. Hazırda respublikamızda 1 621 hemofiliyalı xəstə qeydiyyatdan keçib. Dövlət proqramı çərçivəsində hemofiliyalı xəstələrə göstərilən tibbi xidmət sayəsində onların həyat şəraiti yaxşılaşır, əlilliyin və ölümün sayı azalır.

Dekabrın 27-də saat 11:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova yola salmaqda olduğumuz 2019-cu ildə Azərbaycanda hemofiliyalı xəstələrin problemlərinin necə həll olunduğundan danışacaq.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

Xəbər lenti
0