Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Başı ağrıyan uşaq dərman içib öldü

CC0 / StockSnap / PillsHəblər, arxiv şəkli
Həblər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ölən qızın qonşuları jurnalistlərə bildiriblər ki, onun oxuduğu məktəbdəki bəzi uşaqlar miqrantlardan aldıqları snyus adlı dərmandan istifadə edirlər

BAKI, 22 dekabr — Sputnik. Rusiyanın Zelenoqrad şəhərində 13 yaşlı məktəbli qız tanışından aldığı həbi atandan sonra ölüb.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, hadisə dekabrın 20-də baş verib. Gəzinti zamanı qızın başı ağrıyıb. 

На территории Пираллахинского промышленного парка введено в эксплуатацию азербайджано-российское совместное предприятие по производству лекарств R-Pharm - Sputnik Azərbaycan
SƏHİYYƏ
Virus əleyhinə dərmanlar Bakıda istehsal ediləcək
Tanışı olan başqa bir qız ona həb verib. Dərmanı udandan sonra uşaq avtobus dayanacağında yıxılıb. Hadisə yerinə gələn təcili yardım işçilərinə o, həbi tanışından aldığını deyib, amma onun adını çəkməyə macalı olmayıb, huşunu itirib, xəstəxanaya aparılan zaman isə komaya düşüb. 

Yeddinci sinif şagirdi xəstəxanada ürək çatışmazlığından ölüb. Versiyalardan birinə görə, qız anadangəlmə ürək çatışmazlığından əziyyət çəkdiyindən dərman onun ürəyinin fəaliyyətində pozuntu yaradıb. Başqa versiyaya görə isə hələlik qızın tanışından məhz hansı dərmanı aldığı bəlli deyil, mümkündür ki, o, qadağan edilmiş preparat olsun. Ölən qızın qonşuları jurnalistlərə bildiriblər ki, onun oxuduğu məktəbdəki bəzi uşaqlar miqrantlardan aldıqları snyus adlı dərmandan istifadə edirlər. Qızın ölümü ilə bağlı hazırda hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbər lenti
0