Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin prezidentlərə sənəd paylayacaq

© AP Photo / Thibault CamusПрезидент России Владимир Путин, фото из архива
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Prinsipcə, mən kifayət qədər danışdım, həmkarlarım mənə yaxınlaşaraq o sənədlərin surətini istəyiblər", - V.Putin

BAKI, 20 dekabr — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin MDB ölkələrinin rəhbərlərinə Böyük Vətən müharibəsinin başlanmasının tarixçəsinə dair arxiv materiallarının surətlərini təqdim etməyi həvalə edib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, MDB ölkələri başçılarının qeyri-formal sammitində Rusiya  lideri həmkarlarına qaldırılmış arxiv materialları haqda danışıb, sonra isə xüsusi təşkil olunmuş sərgiyə baxmağa dəvət edib. Federal Arxiv Agentliyinin rəhbəri Andrey Artizov qonaqları məlumatlandırıb.

"Prinsipcə, mən (təqdim olunan sənədlər barədə) kifayət qədər danışdım, belə bir təklifim var: həmkarlarım mənə yaxınlaşaraq o sənədlərin surətini istəyiblər. Toplamaq lazımdır, biz  göndərərik", - Putin Artizova tapşırıq verib.

Federal Arxiv Agentliyinin rəhbəri tapşırığı yerinə yetirəcəyinə söz verib.

Xəbər lenti
0