Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sputnik Estoniya-nın əməkdaşları cinayət məsuliyyətinə cəlb edilməklə hədələnirlər

© Sputnik / Igor Russak / Mediabanka keçidСтудия международного информационного агентства и радио Sputnik
Студия международного информационного агентства и радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
"Rossiya seqodnya" Estoniya hakimiyyət orqanlarının hərəkətlərini açıq-aşkar özbaşınalıq adlandırıb və söz azadlığının bu misli görünməmiş vəziyyətinə lazımi qiymət vermək tələbi ilə beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırır

BAKI, 19 dekabr — Sputnik. Estoniya hökuməti Sputnik Estoniya-nın əməkdaşlarını əgər 1 yanvar 2020-ci il tarixinə qədər "Rossiya seqodnya" BİA-da iş fəaliyyətlərini dayandırmasalar, cinayət məsuliyyətinə cəlb etməklə hədələyir. Bu barədə məlumatı agentliyin mətbuat xidməti yayıb.

Kiril Vışinski  - Sputnik Azərbaycan
Vışinski Moskvada – Ukrayna rusiyalı məhbusları qaytardı

"Sputnik Estoniya-nın əməkdaşları ölkənin Polis Departamenti və Sərhəd Mühafizəsinin rəhbərliyindən 1 yanvar 2020-ci il tarixinə qədər "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyi ilə işləməyi dayandırmasalar, onlara qarşı cinayət işinin başlanacağı ilə bağlı təhdidlərlə dolu məktub alıblar. Bu hərəkətlərin səbəbi olaraq, Avropa İttifaqı tərəfindən 17 mart 2014-cü ildə Ukraynadakı hadisələr fonunda bir sıra fiziki və hüquqi şəxslərə qarşı tətbiq olunan sanksiyalar göstərilir", - "Rossiya seqodnya" BİA-nın mətbuat xidmətinin məlumatında bildirilir.

"Xatırlatmaq istəyirik ki, "Rossiya seqodnya" BİA Avropa İttifaqının heç bir sanksiyalar siyahısında yer almayıb. Biz Estoniya hakimiyyətinin hərəkətlərini açıq-aşkar özbaşınalıq hesab edirik və son illərdə misli görünməmiş söz azadlığının pozulması halının lazımi səviyyədə qiymətləndirilməsi və jurnalistlərimizin öz peşə fəaliyyətlərini həyata keçirərkən hüquqlarının təmin olunması istiqamətində tədbirlərin görməsi tələbi ilə BMT, ATƏT, Avropa Şurası, UNESCO, AİHM kimi beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırıq", - agentliyin bəyanatında bildirilir.

"Bundan əlavə, son aylarda Sputnik Estoniya-nın əməkdaşları dəfələrlə təhlükəsizlik orqanlarına "profilaktik" söhbətlər üçün çağırılıblar, bu müddət ərzində onlara təkidlə agentliyi tərk etmək tövsiyə olunub", - mətbuat xidməti qeyd edib.

Bəyanatda həmçinin bildirilir ki, "Rossiya Seqodnya" BİA öz növbəsində Sputnik Estoniya-nın əməkdaşlarını cinayət təqibindən qorumaq üçün ondan asılı olan hər şeyi edəcək.

Цифровая елка международного информационного агентства и радио Sputnik в ГУМе - Sputnik Azərbaycan
RUSİYA
Moskva BUM-undakı Sputnik yolkası 33 dildə danışacaq

"Rossiya Seqodnya" BİA-nın mətbuat xidməti həmçinin bildirib ki, 2019-cu ilin oktyabr ayının sonunda beynəlxalq banklar qrupunun Estoniya filialları əmək haqqı köçürmələri, vergi ödəmələri və ofisin icarə ödənişlərini dondurub.

Estoniya - Sputnik İnformasiya Agentliyi və Radiosunun tamhüquqlu redaksiyası və ofisi olan yeganə Baltikyanı ölkəsidir. Kollektiv 35 nəfərdən ibarətdir ki, onların da 33-ü "Rossiya Seqodnya" BİA ilə əmək müqaviləsi əsasında işləyən Estoniya vətəndaşlarıdır. Agentliyin Estoniya büdcəsinə aylıq vergi ödəmələri təxminən 30 min avro təşkil edir.

Baltikyanı ölkələrin hakimiyyəti dəfələrlə Rusiya KİV-nin işinə mane olub. Rusiya Xarici İşlər Nazirliyi bu dövlətlər arasında razılaşdırılmış bir xəttin açıq əlamətlərinin olduğunu bəyan edib. Rusiya nazirliyi Baltikyanı ölkələrdə KİV-ə təzyiq halları ilə bağlı bildirib ki, bu cür hərəkətlər Vilnüs, Riqa və Tallinin demokratiya və söz azadlığı prinsiplərinə sadiqliyi ilə bağlı demaqogik bəyanatlarının arxasında nəyin dayandığını praktikada nümayiş etdirir.

Xəbər lenti
0