BAKI, 19 dekabr — Sputnik, Lev Rıjkov. Güc strukturlarının Sputnik Estoniya-nın əməkdaşlarına iş yerlərini dəyişməyəcəkləri təqdirdə cinayət işi açılacağı barədə təhdidləri avropalıların söz azadlığı və demokratiya barədə görüşləri ilə üst-üstə düşmür. Məşhur rusiyalı teleaparıcı Vladimir Solovyov belə fikirləşir.
"Mən inana bilmirəm ki, XXI əsrdə, Avropa Şurasının üzvü olan, demokratik dəyərlərin yüksək qiymətləndirildiyi (ən azı, öz siyasətçilərinin sözlərinə görə) bir ölkədə jurnalistlərə: "Ya işdən çıxın, ya da tutulacaqsınız" desinlər. Əgər insanın məhkəmənin qərarı olmadan, ona qarşı cinayət işi qaldırılmadan, hansısa ittiham irəli sürülmədən məhkum edildiyi keçmişdəki tiraniyalardan danışmırıqsa, hazırda dünyanın heç bir ölkəsində bu cür vəziyyəti təsəvvür etmək mümkün deyil".
Solovyov qeyd edib ki, jurnalistlərin təhdid edilməsi onların öz peşəkar vəzifələrini yerinə yetirmələri və tamamilə qanuni nəşrdə çalışmaları ilə bağlıdır.
"Ümid edirəm ki, bu, səhvən olub, yaxud hansısa həddən artıq canfəşanlıq edən bir məmur KİV-in fəaliyyəti haqda nə Estoniyanın, nə də Ümumavropa qanunlarını oxumayıb", - deyə teleaparıcı bildirib.