BAKI, 17 dekabr — Sputnik. Rusiya Hərbi-Dəniz donanması və Suriya Hərbi Dəniz Qüvvələri ilə Aralıq dənizində birgə təlimlərə başlayıb. Sputnik radiosu xəbər verir ki, bunu təlimlərin rəhbəri kontr-admiral Aleksandr Yoldaşev bildirib.
Məlumata əsasən təlimlərdə Rusiyanın suüstü gəmiləri, "Xmeymim" aviabazasının təyyarələri, raket gəmiləri, həmçinin Suriya Hərbi Dəniz Qüvvələrinin minaaxtaran gəmiləri iştirak edəcək.
Kontr-Admiralın sözlərinə görə, gəmilər artilleriya atəşləri açacaq və birgə manevr həyata keçirəcəklər.
"Sahildə isə mühafizə və müdafiə bölmələri pilotsuz uçan aparatlar, həmçinin qanunsuz silahlı birləşmələrlə mübarizə məsələlərini məşq edəcək", - deyə Yoldaşev bildirib.