BAKI, 16 dekabr — Sputnik. Rusiyanın "Roskosmos" dövlət korporasiyası Aya yükləri daşımaq üçün kosmik modul-lift yaratmağı planlaşdırır.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin jurnalistlərə açıqlamasında bildirib.
Roqozinin sözlərinə görə, belə bir lift, həmçinin kommersiya sifarişlərini də yerinə yetirməyə imkan verəcək. Bu isə öz növbəsində belə bir qurğunun yaradılması üçün çəkilən xərcləri qarşılamağa imkan verəcək.