BAKI, 13 dekabr — Sputnik. Rusiyada rublun məzənnəsi son iki gün ərzində dollar və avroya nisbətdə yerli maksimumları yeniləyib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Moskva birjasında aparılan ticarət sövdələşmələrinin nəticələri göstərir.
Belə ki, dekabrın 11-i dolların kursu 63,55 - 63,6 rubl aralığında dəyişib, cümə günü Bakı vaxtı ilə saat 14:00-da isə 62,35 rubl olub. Avronun kursu isə bu ilin sentyabr ayından bəri ilk dəfə 70 rubldan aşağı düşüb və hazırda 1 avro üçün 67,74 rubldur.
Rublun kursunun möhkəmlənməsinə əsas səbəb Federal Ehtiyat Sisteminin qərarıdır. Belə ki, qurum dolların uçot dərəcəsini 1,5 - 1,75 faiz aralığında saxlayıb.