BAKI, 12 dekabr — Sputnik. Bu gün Xilaskar İsa Məsih kilsəsində Moskva şəhərinin keçmiş meri Yuri Lujkovla vida mərasimi keçirilib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, vida mərasimi yerli vaxtla səhər saat 07:00-da (Bakı vaxtı ilə saat 08:00-da) başlayıb.
Yuri Lujkovla vida mərasiminə Rusiya Prezidenti Vladimir Putin, Moskvanın hazırkı Meri Sergey Sobyanin, Müdafiə naziri Sergey Şoyqu, Mədəniyyət naziri Vladimir Medinski və başqaları gəliblər.
Vida mərasimindən sonra Lujkov Novodeviçye qəbiristanlığında dəfn edilib. Dəfn mərasimi yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 16:30-da) başlayıb.
Yuri Lujkov 1936-cı il sentyabrın 21-də Moskvada anadan olub. O, 1992-ci ildən 2010-cu ilə qədər Moskvaya rəhbərlik edib.
Sabiq mer dekabrın 10-da 84 yaşında Münhen şəhərindəki hospitalda vəfat edib.
Onun ölümünə infarkt səbəb olub.