Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml: Putin və Zelenski razılığa gələ bilmədi

© © HO / UKRAINIAN PRESIDENTIAL PRESS SERVICE / AFPВстреча глав государств-участников "Нормандского формата" в Елисейском дворце
Встреча глав государств-участников Нормандского формата в Елисейском дворце - Sputnik Azərbaycan
Abunə olmaq
eskovun sözlərinə görə, sammit çərçivəsində məsələ ilə bağlı ekspertlərin qısa müzakirəsi də baş tutub

BAKI, 10 dekabr — Sputnik. Parisdə baş tutan "Normand sammiti" çərçivəsində Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenski qazla bağlı məsələlər və qarşılıqlı məhkəmə iddialarının geri çəkilməsi məsələlərinə dair yekun razılaşma əldə edə bilməyib. Sputnik Azərbaycan "Gazeta.ru" ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Встреча глав государств-участников Нормандского формата в Елисейском дворце - Sputnik Azərbaycan
"Normand" sammiti baş tutdu. Zelenski indi hansı addımı atacaq?

Qeyd olunur ki, qaz şirkətlərinin rəhbərləri danışıqları davam etdirir.

Peskovun sözlərinə görə, sammit çərçivəsində məsələ ilə bağlı ekspertlərin qısa müzakirəsi də baş tutub.

"Lakin hələ ki, tranzit sazişinin uzadılması problemi və Stokholm arbitraj məhkəməsində iddiaların nizamlanması məsələsində razılaşmanın əldə olunması barədə danışmaq üçün tezdir", - deyə Kreml nümayəndəsi bildirib.

O əlavə edib ki, görüş zamanı tərəflər bu məsələ ilə bağlı yanaşmalarını səsləndiriblər.

Qeyd edək ki, ötən gün Parisdə "Normand Dördlüyü" liderləri - Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel v Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilib.

Xatırladaq ki, Ukrayna üzrə danışıqların "Normandiya" formatı (Rusiya, Ukrayna, Fransa və Almaniya) 2014-cü ilin iyunundan mövcuddur. Həmin vaxt müttəfiq qoşunlarının Normandiyaya çıxmasının 70 illiyi münasibətilə keçirilən bayramın gedişində dörd ölkə lideri ilk dəfə Donbasda nizamlanmanı müzakirə ediblər.

Xəbər lenti
0