BAKI, 10 dekabr - Sputnik. Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenskinin ilk ikitərəfli görüşü başa çatıb.
İki ölkə liderinin görüşü "Normandiya formatı"nın sammitindən sonra keçirilib.
Açıqlama verən Rusiya lideri ukraynalı həmkarı ilə görüşdən razı qaldığını bəyan edib. O, görüşün yaxşı keçdiyini deyib.
Bu danışıqlar Kiyevin Ştaynmayer formulunu qəbul etməsindən və Luqansk Stanisası, həmçinin Zolotoye və Petrovskoye məntəqələri rayonundan qüvvələrin çəkilməsindən sonra baş tutub.
Ukrayna üzrə danışıqların "Normandiya" formatı (Rusiya, Ukrayna, Fransa və Almaniya) 2014-cü ilin iyunundan mövcuddur. Həmin vaxt müttəfiq qoşunlarının Normandiyaya çıxmasının 70 illiyi münasibətilə keçirilən bayramın gedişində dörd ölkə liderləri ilk dəfə Donbassda nizamlanmanı müzakirə ediblər.