Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinlə Lukaşenkonun söhbəti uzanır - işığın sönməsi də mane olmadı

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ В. Путин провел переговоры с президентом Белоруссии А. Лукашенко в Сочи
Президент РФ В. Путин провел переговоры с президентом Белоруссии А. Лукашенко в Сочи - Sputnik Azərbaycan
Abunə olmaq
Gözlənildiyi kimi tərəflər birlik inteqrasiyasının "yol xəritəsini" müzakirə edirlər, eləcə də qaz və ölkələrarası sərmayə layihələrinin də müzakirə predmeti olacağı gözlənilir

BAKI, 7 dekabr — Sputnik. Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko artıq üç saatdan çoxdur ki, Soçidə, bağlı qapılar arxasında müzakirələr aparırlar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA-Novosti xəbər verir.

İki ölkə liderinin görüşü yerli vaxtla 15:25-də başlayıb. Onlar öz nümayəndə heyətlərinin olduğu görüşdə müzakirə apardıqdan sonra Rusiya Prezidenti iştirakçıları Birlik Ölkəsinin yaradılmasının 20 illiyi münasibətilə təşkil edilmiş ziyafətə dəvət edib. Putinlə Lukaşenko naharda tet-a-tet söhbət edirlər.

​Nahar zamanı söhbət nümayəndə heyəti arasında da davam edir. Digər zalda masa ətrafında toplaşan Rusiya heyətinə Baş Nazir Dmitri Medvedev, Belarus heyətinə isə onun həmkarı Sergey Rumas başçılıq edir.

Rusiya tərəfdən görüşdə Baş Nazirin köməkçisi, Maliyyə naziri Anton Siluanov, digər müşavir Dmitri Kozak, Enerji naziri Aleksandr Novak, İqtisadi inkişaf naziri Maksim Oreşkin və başqaları iştirak edirlər.

Gözlənildiyi kimi tərəflər birlik inteqrasiyasının "yol xəritəsini" müzakirə edirlər, eləcə də qaz və ölkələrarası sərmayə layihələrinin də müzakirə predmeti olacağı gözlənilir.

Görüş zamanı maraqlı anlar da yaşanıb. Vladimir Putinlə Aleksandr Lukaşenkonun giriş nitqindən sonra işıqlar bir saniyəlik sönüb.

​Putin zarafatla qeyd edib ki, binada elektrik enerjisi qurtarıb. Lukaşenko isə "günahı" Rusiya liderinin mətbuat katibinin üstünə atıb: "Hamısı Dima Peskovun əməlləridir, mən bilirəm". 

Gülüşmədən sonra danışıqlar davam etdirilib.

Xəbər lenti
0