Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Teatra gedən uşaqları avtomobil əzdi, müəllim öldü, xeyli yaralı var - VİDEO

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidОбрушение плит перекрытия в здании Санкт-Петербургского НИУ ИТМО
Обрушение плит перекрытия в здании Санкт-Петербургского НИУ ИТМО - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzaya səbəb olan sürücü əvvəllər avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə sürücülük hüququndan məhrum edilibmiş

BAKI, 7 dekabr — Sputnik. Rusiyanın Nijni Novqorod şəhərində axşam saatlarında faciə yaşanıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, yerli vaxtla 17:30-da şəhərin Qorki küçəsində idarəetmədən çıxan maşın qarşı zolağa keçərək iki avtomobillə toqquşub. Bunlardan biri zərbənin təsirindən yolundan saparaq səki ilə gedən piyadaları əzib. Xəsarət alan 10 uşaq və iki böyük şəxs xəstəxanaya yerləşdiriliblər. Bir uşağa isə yerində tibbi yardım göstərilib.

Rusiya Dövlət Avtomobil Müfəttişliyindən (DAM) verilən məlumata görə, yaralananlar yaxınlıqdakı Gənc Tamaşaçılar Teatrında tamaşaya baxmağa gələn 9-cu sinif şagirfləridir.

"Bizə indicə bildirdilər ki, uşaqları teatra gətirən qadın müəllimlərdən biri vəfat edib. Onun digər həmkarı da yaralıdır. 10 uşaq xəstəxanadadır, onlardan biri hazırda əməliyyat olunur, digərlərinə isə travma və silkələnmə diaqnozu qoyulub", - şəhər rəhbərliyindən bilidirilib. 

Şəhər rəhbəri Vladimir Panov da hadisə yerinə gəlib. O bildirib ki, hadisə böyük faciədir və sürücünün günahı üzündən baş verib.

RF DAM-dan onu da qeyd ediblər ki, qəzaya səbəb olan sürücü əvvəllər avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə sürücülük hüququndan məhrum edilibmiş.

""Toyota" maşınının sürücüsü digər avtomobillər üçün maneə yaradıb, "Audi" ilə toqquşub. Nəticədə "Audi" səkiyə çıxaraq piyadaları əzib. Sürücülər tibbi ekspertizaya yönləndiriliblər, amma hələ nəticələr bəlli deyil. "Toyota" avtomobilinin sahibi əvvəllər sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün sürücülük hüququndan məhrum edilib, ancaq hazırda bu cəzasının vaxtı bitib", - məlumatda deyilir.

Xəbər lenti
0