Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Gürcüstanla aviaəlaqəni bərpa etməyə çalışır

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidПассажир изучает информационное табло с расписанием авиарейсов
Пассажир изучает информационное табло с расписанием авиарейсов - Sputnik Azərbaycan
Abunə olmaq
Nəşr yazır ki, ölkələr arasında birbaşa əlaqənin Yeni ilə qədər bərpa olunması variantı da nəzərdən keçirilib, lakin Gürcüstandakı siyasi böhran və Tbilisidəki aksiyalarla bağlı bu məsələ təxirə salınıb.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Gürcüstanla birbaşa əlaqəni 2020-ci ilin birinci yarısında bərpa edə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "İzvestiya" nəşri hökumətdəki mənbəyə istinadən xəbər verir.

Nəşr yazır ki, ölkələr arasında birbaşa əlaqənin Yeni ilə qədər bərpa olunması variantı da nəzərdən keçirilib, lakin Gürcüstandakı siyasi böhran və Tbilisidəki aksiyalarla bağlı bu məsələ təxirə salınıb.

Qeyd olunur ki, "rusofobiya"nın azalmasına baxmayaraq, hazırda respublikada vəziyyət əvvəlki kimi təhlükəsiz deyil.

"Hazırda Gürcüstanda daxili siyasi böhranın bitməsini gözləmək lazımdır", - deyə mənbə bildirir.

O əlavə edib ki, 2019-cu ilin iyulunda olduğu kimi Rusiya birtərəfli qaydada Gürcüstanla aviaəlaqələri bərpa etmək barədə qərar qəbul edib.

Xəbər lenti
0