QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat verib

© © AZƏRTACXarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev
Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni jurnalistlər Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan multikultural mühit, sülh və sabitlik, dövlətin vətəndaşa göstərdiyi xidmətlər, regionların çiçəklənməsini öz gözləri ilə görüb və tanış olublar

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri barədə bəyanat verib.

Аскеранская крепость в оккупированном Аскеранском районе Азербайджана, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
"Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə saxlanılması çox vacibdir" - Sedat Ünal

İcmadan Sputnik Azərbaycan-a daxil olan bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqlı səfərlər ediblər.

Bəyanatda deyilib ki, səfəri ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik və onun Bakı, Yerevan və Xankəndində olan nümayəndələri təşkil ediblər.

"Səfər müddətində erməni jurnalistləri azərbaycanlı həmkarları, vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqat mərkəzləri görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən provaslav rus, yəhudi, katolik kilsələləri ilə tanış olub, ASAN xidmət, DOST Mərkəzi, Gəncə və Quba şəhərlərində olublar. Həmçinin, erməni jurnalistlərin Bakının mərkəzində olan və erməni dilində olan kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə tanış olublar.

Erməni jurnalistləri ilə görüşlərdə Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak edib.

Erməni jurnalistlər Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan multikultural mühit, sülh və sabitlik, dövlətin vətəndaşa göstərdiyi xidmətlər, regionların çiçəklənməsini öz gözləri ilə görüb və tanış olublar.

Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Lavrov Tonoyanın "Dağlıq Qarabağ məsələsi həll olunub" bəyanatına münasibət bildirib

Azərbaycanlı jurnalistlər isə ATƏT-in nəqliyyat vasitəsində Ermənistana və işğal altında olan Şuşa və Xankəndi şəhərinə səfər edib, Dağlıq Qarabağın erməni icması ilə görüşüb və müzakirələr aparıblar.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistin Bakı, Gəncə və Qubaya səfəri, Azərbaycan jurnalistlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri və yerli erməni icması ilə görüşləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir.

Biz həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqu, dinc yanaşı yaşayışı dəstəkləmişik və təşviq etmişik. Sözügedən səfər və görüşlərə də məhz bu baxımdan yanaşırıq", - deyə bəyanatda qeyd olunub.

Xəbər lenti
0