BAKI, 26 noyabr — Sputnik. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bəyan edib ki, ölkəsi öz maliyyə sistemini sabitləşdirə bilib və nəticədə banklar Qərb tərəfindən qəbul olunan sanksiyaların nəticələrini hiss etmirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının sədri Almaniyanın "Handelsblatt" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya vəziyyəti sabitləşdirmək üçün rublu məzənnə kursu dəhlizində saxlamaq əvəzinə, onun məzənnəsinin aşağı salınmasına gedib.
Mərkəzi Bank rəhbəri vurğulayıb ki, hazırda sanksiyalar onların birbaşa aid edildiyi tənzimləyicilərə təsir edir: "Lakin bu tənzimləyicilərin də vəziyyəti ölkənin daxili maliyyə sisteminə giriş hesabına yaxşılaşdırılıb”.
Nabiullina xatırladıb ki, Qərb ölkələrindən asılılığı azaltmaq üçün 2014-cü ildən etibarən Rusiyada dedollarlaşdırma siyasəti yürüdülür.