BAKI, 24 noyabr — Sputnik. Rusiyalı milyarder Vladislav Voroninin Barvixada məşhur memar Zaha Hadidin layihəsi əsasında tikdirdiyi malikanəsi amerikalı model Naomi Kempbellə qalmalı idi. Amma "Sekret firmı" internet jurnalının yazdığına görə, artıq neçə ildir ki, ona müştəri tapılmır.
Rusiya KİV bu binanın dəyərini müxtəlif cür qiymətləndirir - 6.4-dən 9.6 milyard rubladək (150 milyon dollar). 3300 kvadrat metr sahəyə malik ev sahibinə 140 milyon dollara başa gəlib.
Dördmərtəbəli evin birinci mərtəbəsi yerin altındadır, sonuncu mərtəbəsində isə ancaq yataq otaqları var. Malikanədə həmçinin hovuz, SPA kompleksi, idman zalı və gecə klubu da var.
Doroninlə Kempbellin münasibətləri 2008-ci ildə yaranıb. Boşanma prosesinin nəticələrinə görə, biznesmen əvvəlki xanımı Yekaterinaya 10 milyon dollar verib. Amma heç Kempbellə də evlənməyib.