Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: "Bakı ilə Yerevan arasında istənilən razılaşmanı Moskva dəstəkləyəcək"

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidОфициальный представитель Министерства иностранных дел России Мария Захарова во время брифинга в Москве
Официальный представитель Министерства иностранных дел России Мария Захарова во время брифинга в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması planı bütün qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmaq hüququnu nəzərdə tutmalıdır"

BAKI, 21 noyabr — Sputnik. Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir.

Руины здания в оккупированном Арменией городе Гадруте, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Ümid var: İqor Popov Qarabağ münaqişəsinə dair qəliz sualları cavablandırdı

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, ATƏT Minsk qrupunun həmsədr ölkələrinin bəyanatlarında dəfələrlə vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması planı bütün qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmaq hüququnu nəzərdə tutmalıdır: “Danışıqlar formatına gəldikdə isə, bu sual tərəflərə yönəldilməlidir, onlar iştirakçıların tərkibini müəyyənləşdirməli və razılaşdırmalıdır. Bildiyiniz kimi, indi danışıqlar prosesi Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsindədir və iki paytaxt, iki dövlət arasında müvafiq razılaşmalar və ya hər hansı bir razılaşma əldə olunsa, biz öz tərəfimizdən bu razılaşmaları dəstəkləyəcəyik. Təkrar edirəm, iki dövlət arasında razılaşmaları”.

Xəbər lenti
0