Yerli idarəetmə orqanlarının fəaliyyətində ən problemli məsələlərdən biri torpaq sahələri və fərdi evlərin alqı-satqısı ilə bağlıdır.
Qarşıdakı dövrdə bu cür problemlər bələdiyyə tərəfindən necə həll ediləcək və bununla bağlı hansı təkliflərin olması barədə 22 noyabr saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat-mərkəzində keçiriləcək mətbuat konfransında danışılacaq:
- Azərbaycan Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş üzrə Mərkəzin nümayəndəsi,
- Azərbaycan Rieltorlar Birliyinin sədri Elnur Azadov,
- Daşınmaz əmlak sahəsində ekspert, iqtisadçı Elnur Fərzəliyev,
- Bələdiyyə təmsilçiləri, hüquqşünaslar, daşınmaz əmlak sahəsində mütəxəssislər.
Əlaqə üçün:
Telefon: 404-13-84/85
Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).