Bu yaxınlarda Azərbaycan vətəndaşlarının doktorantura üzrə xaricdə təhsilinin prioritet istiqamətləri təyin edilib. Bununla bağlı yerli ali təhsil və elmi müəssisələr üçün peşəkar mütəxəssislər hazırlanacaq.
Bu həllin perspektivlərinin müzakirəsi noyabrın 21-də saat 12:00-da Sputnik Azərbaycan-ın mətbuat mərkəzində təşkil olunacaq. İştirak edirlər:
- AMEA-nın Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov,
- Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov,
- "XXI əsr" Təhsil Mərkəzinin sədri Etibar Əliyev.
Əlaqə üçün:
Telefon: 404-13-84/85
Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).