CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda atılmış uşaqların sayı artıb

Abunə olmaq
Respublikada övladlığagötürmə üzrə yeni qaydalar hazırlanıb və tətbiq olunub: Bundan sonra sənədləri onlayn təqdim etmək mümkün olacaq, uşaqların özləri isə gələcək valideynlərini seçə biləcəklər

Azərbaycanda valideyn qayğısından məhrum olan uşaqların sayı artıb. Belə bir tendensiyanın olmasını yeniyetmələr üçün olan internat məktəbləri və sığınacaqlardan əldə olunan məlumatlar göstərir. Lakin ümid var ki, övladlığagötürmə ilə bağlı yeni sistemin işə salınması ilə əlaqədar vəziyyət dəyişsin.

Hazırda üç körpələr evində üç yaşına kimi təxminən 150-yə yaxın uşaq var. Bu yaşdan sonra onlar Təhsil Nazirliyinin nəzarətində olan uşaqlar evinə köçürülür.

Statistikaya əsasən, ən çox beş yaşına qədər uşaqlar övladlığa götürülür. Hazırda övladlığagötürmə üzrə mərkəzləşdirilmiş proses Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Qurum noyabrın 1-dən övladlığa uşaq götürmək istəyən şəxslər üçün xüsusi sistemi işə salıb. Yeri gəlmişkən, ögey valideynlər yalnız ailə cütlükləri deyil, həmçinin müəyyən yaşa qədər tək şəxslər də ola bilərlər. Daha bir yenilik isə bundan sonra uşaqların da bu və ya digər ailələri seçə bilməsidir.

Övladlığagötürmə üzrə qaydalara son dəyişikliklər Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət strukturlarından olan onlarla ekspert və nümayəndələr tərəfindən hazırlanıb.

Sığınacaqlarda olan uşaqlar haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan öyrənmək olar.

Xəbər lenti
0