BAKI, 18 noyabr - Sputnik. Rusiyada iki azərbaycanlı bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib.
APA-nın verdiyi məlumata görə, sözügedən azərbaycanlı alimlər Musayev Elmar Rasim oğlu və Qocayev Zahid Adıgözəl oğludur.
Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin (patofiziologiya), Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin (kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması) müxbir üzvü seçilib.
Qeyd edək ki, Elmar Musayev onkologiya üzrə Rusiyanın tanınmış mütəxəssislərindən sayılır.