Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Vikipediya"nı əvəzləyirlər

Abunə olmaq
80 mindən çox məqaləni ehtiva edən nəşr 35 nömrələnmiş cilddən və "Rusiya" adlı xüsusi cilddən ibarətdir

BAKI, 5 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin internet ensiklopediyası sayılan "Vikipediya"nın rus analoqu ilə dəyişdirilməsi fikrini təqdir edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "RİA-Novosti"nin Kreml müxbirləri Telegram-kanalda məlumat yayıblar.

Rusiya liderinin fikrincə, "Vikipediya"nı "Böyük Rusiya Ensiklopediyası"nın (BRE) elektron variantı əvəz edə bilər.

"İstənilən halda, bu, etibarlı məlumat olacaq", - V.Putin gülümsəyərək deyib. 

BRE 2014-cü ildən 2017-ci ilədək nəşr olunub. 80 mindən çox məqaləni ehtiva edən nəşr 35 nömrələnmiş cilddən və "Rusiya" adlı xüsusi cilddən ibarətdir. Ensiklopediya Vladimir Putinin 2002-ci ildə  verdiyi sərəncamla yaradılıb.

2016-cı ildə Rusiyanın Baş naziri Dmitri Medvedev BRE əsasında ümummilli elmi-tədris interaktiv portalının yaradılması barədə sərəncam verib. Həmin müddətdən bəri, 3 il ərzində hökumət ancaq layihənin gerçəkləşdirilməsi üçün subsidiyanın həcmini (1.9 milyard rubl) və işə salınması vaxtını razılaşdırıb. "Vikipediya"nın milli analoqu Rusiyada 2022-ci il aprelin 1-dən işə düşməlidir.

Xəbər lenti
0