Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada terror aktının qarşısı alınıb

© AFP 2023 / VASILY MAXIMOVСнайпер российских спецслужб, фото из архива
Снайпер российских спецслужб, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, Onurov doqquz ay özünə cinayət yoldaşları və terror aktını həyata keçirmək üçün yer axtarıb, eləcə də partlayıcı qurğunun necə hazırlandığını öyrənib

BAKI, 5 noyabr — Sputnik. Moskvanın Çeryomuşki rayonunun məhkəməsi terror aktı hazırlamaqda günahkar bilinən Talant Onurovu həbs edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə məhkəmənin mətbuat katibi İrena Kozayeva deyib.

Britaniya polisi - Sputnik Azərbaycan
İngiltərədə dəhşət - içərisi meyitlə dolu yük maşını tapılıb

Bir müddət öncə Rusiya mediası xəbər verib ki, Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktının qarşısını alıb və məsələ bağlı şübhəli şəxs saxlanılıb.

"112" "Telegram" kanalının yaydığı məlumata görə, 30 yaşlı Talant Onurov fevral ayından etibarən terror hücumlarını hazırlayırmış.

Məlumata görə, Onurov doqquz ay özünə cinayət yoldaşları və terror aktını həyata keçirmək üçün yer axtarıb, eləcə də partlayıcı qurğunun necə hazırlandığını öyrənib.

Onurovun bir neçə həftə əvvəl saxlanıldığı bildirilir. Məhkəmə noyabrın 3-də onu 2020-ci il yanvarın 1-dək həbs edib. Məhkəmənin qərarı haqqında məlumat isə bu gün yayılıb.

RİA Novosti xəbər verir ki, Qırğızıstan əsilli Onurov Moskvada terror aktı hazırladığını artıq etiraf edib.

Xəbər lenti
0