QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan XİN rəhbəri: "Paşinyan – Əliyev görüşü üçün ilkin şərtlər lazımdır"

© Photo : official site of the Prime minister of RAМинистр иностранных дел Армении Зограб Мнацаканян
Министр иностранных дел Армении Зограб Мнацаканян - Sputnik Azərbaycan
Abunə olmaq
Mnatsakanyan: "Liderlərin görüşü üçün ilkin şərtlər lazımdır. Onların görüşü nəticəyə istiqamətlənməlidir"

BAKI, 1 noyabr — Sputnik. Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri şəxsi təşəbbüslərlə çıxış etmir, onlar görüş zamanı öz ölkələrini təmsil edirlər. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan parlamentdə jurnalistlərlə söhbət zamanı bildirib.

"Danışıqların istənilən mərhələsində onlar həmsədrlərlə, ATƏT-in sədrinin şəxsi nümayəndəsi ilə iş aparırlar. Bütün bu proses, təbii ki, ölkələrin liderlərinin nəzarəti ilə keçir", - deyə Mnatsakanyan bildirib.

Erməni nazir ölkənin Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş imkanına toxunub: "Liderlərin görüşü üçün ilkin şərtlər lazımdır. Onların görüşü nəticəyə istiqamətlənməlidir".

O xatırladıb ki, Ermənistan və Azərbaycan rəhbərləri mart ayında, həmçinin ötən ay Aşqabadda görüşüblər: "Danışıqların dinamikası var və mən ümid edirəm ki, əgər ümumi konstruktivlik saxlanılsa, biz tez bir zamanda irəliləyəcəyik".

Xəbər lenti
0