Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyədə istirahət etmək istəyənlərin nəzərinə - qiymətlər arta bilər

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidШезлонги на пляже одного из отелей в Анталье
Шезлонги на пляже одного из отелей в Анталье - Sputnik Azərbaycan
Abunə olmaq
2021-ci ildə "yaşayış vergisi" səbəbindən Türkiyəyə putyovkaların qiymətinin ən azı 2 faiz artacağı gözlənilir

BAKI, 28 oktyabr — Sputnik. Türkiyədə bütün yerləşmə müəssisələrinin, o cümlədən məşhur kurortlardakı otellərin üzərinə yeni vergi qoyula bilər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Turizm Operatorları Assosiasiyasından deyiblər.

Ekspertlər qeyd edirlər ki, adına baxmayaraq ("yaşayış vergisi") Avropa ölkələrində tətbiq olunan turizm vergisi və ya Rusiyada tətbiq olunan kurort vergisinin analoqu deyil. "Yaşayış vergisi"ni turistlər ödəməyəcək: bu vergini yerləşmə müəssisələri, o cümlədən mehmanxanalar, motellər, apartamentlər, qonaq evləri və kempinqlər ödəyəcək.

Məlumata görə, qanunvericiliyə dəyişiklik 2020-ci il aprelin 1-dən qüvvəyə minə bilər. Vergi dərəcəsi isə qonaqlara göstərilən xidmətlərin ümumi dəyərinin 1 faizini təşkil edəcək. 2021-ci ildə isə yerləşmə müəssisələri büdcəyə 2 faiz ödəməli olacaqlar.

Ekspertlərin sözlərinə görə, gələn mövsümdə rüsumların mümkün artımı turizm paketlərinin qiymətinə demək olar ki, təsir etməyəcək: otel sahibləri artıq 2020-ci il üçün müqavilə qiymətlərini elan ediblər, bir çox turizm operatorları isə artıq gələn ilin yayı üçün putyovkaları satırlar.

Lakin 2021-ci ildə "yaşayış vergisi" səbəbindən putyovkaların qiymətinin ən azı 2 faiz artacağı gözlənilir.

Xəbər lenti
0