Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakıda hər kəsi təəccübləndirmiş şəxs vəfat edib

Abunə olmaq
Buranovo kəndindən olan folklor kollektiv 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışmasında Rusiyanı təmsil edərək, “Party For Everybody” mahnısı ilə ikinci yeri tutmaqla məşhurlaşmışdı. 

BAKI, 27 oktyabr - Sputnik. “Buranov nənələri”nin solisti Natalya Puqaçova dünyasını dəyişib.

Oxu.az-ın məlumatına əsasən, bu barədə Udmurtiyanın başçısı Aleksandr Breçalov “twitter” səhifəsində yazıb.

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçid“Buranov nənələri”nin solisti Natalya Puqaçova
Bakıda hər kəsi təəccübləndirmiş şəxs vəfat edib - Sputnik Azərbaycan
“Buranov nənələri”nin solisti Natalya Puqaçova

Puqaçovanın ölüm səbəbi açıqlanmır. Bildirilir ki, iki gündən sonra onun 84 yaşı olacaqdı.

Kollektivin bədii rəhbəri Olqa Tuktaryovanın sözlərinə əsasən, solist xəstəlikdən əziyyət çəkirdi. 

“O, artıq dörd ay idi ki, yataqdan qalxmırdı, solist son yarım ildə səhnədə çıxış etməyib”, - deyə o bildirib.  

Buranovo kəndindən olan folklor kollektiv 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışmasında Rusiyanı təmsil edərək, “Party For Everybody” mahnısı ilə ikinci yeri tutmaqla məşhurlaşmışdı. 

Hazırda kollektiv “Buranovdan olan nənələr” adı altında qastrol səfərlərinə çıxır.

Xəbər lenti
0