Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rəsmi Moskva Suriyada əsas prioritetini açıqladı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidКремлевский дворец, фото из архива
Кремлевский дворец, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Moskva və Dəməşq üçün prioritet məsələ siyasi nizamlanmadan sonra Suriya ərazisindən istənilən xarici ölkə qoşunlarının çıxarılmasıdır

BAKI, 24 oktyabr — Sputnik. Yalnız Rusiya hərbçiləri legitim olaraq Suriya ərazisindədirlər, bütün xarici ölkə hərbçiləri isə Suriyanı tərk etməlidirlər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Birləşmiş Ştatların hərbçilərinin Suriyada olmasına gəldikdə isə bizim mövqeyimiz bəllidir: "Yalnız Rusiya hərbçiləri legitim əsasda Suriya ərazisindədirlər. Məhz Suriya rəhbərliyinin xahişi əsasında oradadırlar", - deyə Peskov vurğulayıb.

Бронеавтомобили патрульной службы военной полиции РФ на берегу реки Евфрат на северо-востоке провинции Алеппо - Sputnik Azərbaycan
Rusiya Suriyada hərbçilərinin və texnikasının sayını artırır

O əlavə edib ki, Moskva və Dəməşq üçün prioritet məsələ siyasi nizamlanmadan sonra Suriya ərazisindən istənilən xarici ölkə qoşunlarının çıxarılmasıdır.

Qeyd edək ki, ötən gün Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bildirmişdi ki, Türkiyə Suriyadakı "Sülh bulağı" əməliyyatını müvəqqəti olaraq dayandırıb.

Çavuşoğlu qeyd edib ki, əməliyyat hələ də başa çatmayıb və ordu "ehtiyac olduğu təqdirdə" terrorçularla mübarizə aparmağa hazırdır.

"Terrorçular haradasa peyda olsalar, hərbçilərimiz onlarla döyüşə girəcəklər. Silahlar, gizlənmə yerləri, mini-tələlər qalmaqdadır – bunların hamısını aradan götürmək lazımdır. Hələ çox iş qalıb. Buna görə də ərazidə qalırıq", - nazir Anadolu Agentliyi-nə müsahibəsində deyib.

Qeyd edək ki, Çavuşoğlunun bu bəyanatından sonra Türkiyə Müdafiə Nazirliyi Rusiya ilə razılığın əldə edilməsi ilə bağlı olaraq ölkənin hazırkı mərhələdə Suriyada yeni əməliyyatı başlamağa ehtiyac görmədiyini bildirib.

Xəbər lenti
0