QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məmmədyarov Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müraciət etdi

© AFP 2024 / OZAN KOSEXarici İşlər naziri Elmar Məmmədyarov
Xarici İşlər naziri Elmar Məmmədyarov - Sputnik Azərbaycan
Abunə olmaq
Maurer, öz növbəsində, BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

XİN-dən Sputnik Azərbaycan verilən məlumata görə, görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib.

E.Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir saxlanılan əsir-girovların "hamının-hamıya" prinsipi əsasında azad olunması məsələsinə toxunaraq bu məsələnin öz həllini tapması üçün səylərin davam etdirilməsinin vacibliyini ön plana çəkib.

 Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu - Sputnik Azərbaycan
SİYASƏT
Türkiyə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə dəstək verəcək

P.Maurer, öz növbəsində, BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib.

Sonra BQXK-nin prezidenti QH-nin Zirvə Görüşünə dəvət edilməsinə görə təşəkkürünü bildirərək BQXK-nin Azərbaycan ilə humanitar sahədə əməkdaşlıq etməyə daim hazır olduğunu dilə gətirib.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0