Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya helikopterləri ABŞ-ın Suriyadakı bazasına endi

© Sputnik / Dmitriy Vinogradov / Mediabanka keçidRusiya hərbi aviasiyası Suriyanın "Hmeynim" avibazasında
Rusiya hərbi aviasiyası Suriyanın Hmeynim avibazasında - Sputnik Azərbaycan
Abunə olmaq
"Suriya Demokratik Qüvvələri" Tabkaya və bütün Rakka əyalətinə iki ildən çox müddətə nəzarət edib. Həmin vaxt ərzində ABŞ hərbi bazası yaradılıb

BAKI, 22 oktyabr — Sputnik. Rusiya Hava Kosmik qüvvələrinə məxsus helikopterlər Suriyanın şimalındakı Rakka əyalətində yerləşən Tabka hərbi aerodromuna eniblər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, daha əvvəl Amerika bazasının yerləşdiyi ərazi hazırda Dəməşqin nəzarəti altındadır.

2014-cü ildə Suriyadakı müharibə zamanı "İŞİD" yaraqlıları hava limanını ələ keçiriblər. 2017-ci ilin yayında isə Bəşər Əsədə müxalif qüvvələr "Suriya Demokratik Qüvvələri" ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birgə yaraqlıları oradan çıxarıb.

"Suriya Demokratik Qüvvələri" Tabkaya və bütün Rakka əyalətinə iki ildən çox müddətə nəzarət edib. Həmin vaxt ərzində ABŞ hərbi bazası yaradılıb.

Suriyalı zabitlərdən biri bildirib ki, terrorçular uçuş-enmə zolağını dağıdıblar və onlardan sonra gələn amerikalılar heç nəyi bərpa etməyiblər.

Xəbər lenti
0