QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq

© REPORTAzərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Həmsədrlərin bəyanatında qeyd olunur ki, iki ölkə lideri həmsədrlərə Aşqabadda keçirilən MDB sammitindəki son görüşləri barədə məlumat veriblər və nizamlama prosesində inkişafa nail olmaq üçün öz fikirlərini bildiriblər

BAKI, 17 oktyabr — Sputnik. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu ilin sonuna qədər daha bir görüş keçirmək niyyətlərini təsdiqləyiblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin nəticələrinə əsasən yaydığı bəyanatda deyilir.

Həmçinin qeyd olunur ki, vasitəçilər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Daimi Şurasına və Minsk qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumat verəcək.

Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb - Sputnik Azərbaycan
SİYASƏT
Müdafiə naziri həmsədrlərlə Qazax istiqamətindəki vəziyyətdən danışıb

Həmsədrlərin birgə bəyanatında həmçinin qeyd olunur ki, səfər zamanı iki ölkə lideri həmsədrlərə Aşqabadda keçirilən MDB sammitindəki son görüşləri barədə məlumat veriblər və nizamlama prosesində inkişafa nail olmaq üçün öz fikirlərini bildiriblər. Həmsədrlər əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün konkret humanitar və təhlükəsizlik tədbirlərinin perspektivini alqışlayıblar. Həmsədrlər mandatına və çoxillik təcrübəsinə əsasən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi monitorinq missiyalarının çox əhəmiyyətli olduğunu bir daha təkrarlayıblar. Vasitəçilər tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandasının fəaliyyətinə hərtərəfli dəstək göstərməyə və monitorinq missiyalarının həyata keçirilməsinə mane ola biləcək hər hansısa maneənin dərhal aradan qaldırılmasını təmin etməyə çağırıblar.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün dekabr ayında Bratislavada keçirilə biləcəyini açıqlamışdı.

Xəbər lenti
0