Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada onlarla terror aktının qarşısı alınıb

© Photo : Federal Security Service RF / Mediabanka keçidRusiya FTX-nın əməkdaşları, arxiv şəkli
Rusiya FTX-nın əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə ərazisində 49 terror qrupunun fəaliyyəti dayandırılıb, terrorçularla əlaqədə şübhəli bilinən 5,5 min şəxsin hesabları blok edilib.

BAKI, 16 oktyabr — Sputnik. 2019-cu ildə Rusiyada 39 terror aktının qarşısı alınıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

"32 terrorçu neytrallaşdırılıb, 679 yaraqlı saxlanılıb, 22 nəfər isə terror fəaliyyətindən imtinaya meylləndirilib", - deyə Bortnikov Soçidə xüsusix idmət orqanlarının rəhbərləri ilə görüşü zamanı qeyd edib.

FTX direktoru əlavə edib ki, ölkə ərazisində 49 terror qrupunun fəaliyyəti dayandırılıb, terrorçularla əlaqədə şübhəli bilinən 5,5 min şəxsin hesabları blok edilib.

Xəbər lenti
0