BAKI, 12 oktyabr — Sputnik. Rusiya paytaxtındakı Şeremetyevo hava limanında təyyarəyə gecikən sərnişin reysə minik bölməsini dağıdıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, baş vermiş hadisənin videogörüntüləri televiziya kanallarının birində yayımlanıb.
Kadrlardan sərnişinin monitor və digər qurğuları sındırdığı əks olunub. Təhlükəsizlik xidmətinin nümayəndələri həmin şəxsi dərhal yaxalayıb. Daha sonra qaydanı pozan şəxs hava limanında daxili işlər idarəsinə aparılıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.